“Karabakh is Azerbaijan” şüarı Çikaqo yollarında
06 noyabr 2020 11:07 (UTC +04:00)

“Karabakh is Azerbaijan” şüarı Çikaqo yollarında

Amerikanın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fərid Məmmədov Lent.az-a bildirib ki, daha çox insanın görməsi üçün  elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək.

 

Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar